AZƏRBAYCANDA TƏLƏBƏLƏR ÜÇÜN “HEYDƏR ƏLİYEV TƏQAÜDÜ” TƏSİS OLUNACAQ

Azərbaycanda ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.

Bu barədə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında deyilir.

Tədbirlər Planına əsasən təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi də nəzərdə tutulur.