TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın acısını bölüşürük”.