ANAMA İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİN 3 MİLYON 660 MİN 632 KVADRATMETRİNİ TƏMİZLƏYİB

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərin 3 milyon 660 min 632 kvadratmetrini minalar və digər partlamamış sursatlardan təmizləyib.
Agentlikdən verilən məlumata görə, həmin ərazilərdən 471 ədəd partlamamış hərbi sursat, 527 ədəd piyada əleyhinə mina, 540 ədəd tank əleyhinə mina, 130 ədəd isə tank əleyhinə minanın partladıcısı aşkar edilib.
Təcili və təxirəsalınmaz əməliyyatlar zamanı agentliyə 264 çağırış olub. Nəticədə 2167 ədəd partlamamış hərbi sursat, 4224 piyada əleyhinə mina, 1181 ədəd tank əleyhinə mina, 2064 ədəd partladıcı, 567 ədəd partlamış mərmi və qalıqları, 300 ədəd isə bombacıq aşkarlanıb.