PREZİDENT İLHAM ƏLİYEV: AZƏRBAYCANIN ƏLVERİŞLİ COĞRAFİ MÖVQEDƏ YERLƏŞMƏSİ BİZƏ ƏLAQƏLƏRİN QURULMASI MƏSƏLƏSİNDƏ MÜHÜM ROL OYNAMAQ İMKANI VERİR

Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin – Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir.

Bu fikirləri Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransda çıxışında deyib.

Beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. Biz bu gün ölkəmizdən keçən tranzit yüklərin həcminin artdığını müşahidə edərək Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin genişləndirilməsinə investisiya yatırmağa başladıq.