CEYHUN BAYRAMOV: ERMƏNİSTANIN ÜÇTƏRƏFLİ BƏYANATLA BAĞLI DESTRUKTİV ADDIMLARI QƏBULEDİLMƏZDİR

Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları post-münaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir.

“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilmir”, – deyə C.Bayramov əlavə edib.