HƏKƏRİ ÇAYI ÜZƏRİNDƏ AZƏRBAYCANIN ƏN BÖYÜK DƏMİR YOLU KÖRPÜSÜ TİKİLİR

Azərbaycanda Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsü tikilir.

Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, tikilməkdə olan körpünün uzunluğu 418 m, eni isə 6,5 m-dir.

13 aşırımlı körpünün dayaqları və aşırım qurğusunun konstruksiyası dəmir-beton olacaq.