AZAD EDİLƏN ƏRAZİLƏRDƏ DAHA 358 HEKTAR ƏRAZİ MİNADAN TƏMİZLƏNİB

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 358 hektar ərazini minadan təmizləyib.

ANAMA-dan verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.