XİN: YENİ AÇILACAQ SƏFİRLİKLƏR DİPLOMATİK SƏYLƏRİMİZİ DAHA DA GÜCLƏNDİRƏCƏK

Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək.

Bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

“Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”, – deyə məlumatda qeyd edilir.