GƏNCLƏR ARASINDA SAHİBKARLIQ FƏALİYYƏTİNİN TƏŞVİQİ MÜZAKİRƏ OLUNUB

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman El Tarabişinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqinə dair fikir mübadiləsi aparılıb.