Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi, hökuməti və Azərbaycan xalqını Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.
Baş nazir bununla əlaqədar özünün “Twitter” səhifəsində paylaşım edib.
Baş nazirin paylaşımında deyilir: “Azərbaycan hökumətini və Azərbaycan xalqını diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edirəm. Biz birlikdə çox şeyə nail olduq. Gürcüstan Azərbaycan ilə sıx dostluq və strateji tərəfdaşlıq münasibətilə fəxr edir. Sülh və firavanlıq naminə regional əməkdaşlığın davamını səbirsizliklə gözləyirik!”.