Bakıda XI Azərbaycan-Rusiya regionlararası forum keçirilir.
Bu gün forum çərçivəsində “Yeni dövrdə iqtisadi əməkdaşlığa dəstək alətləri”, “Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri: Çağırışlar və inkişaf”, “KOB sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı: Rəqəmsal dövr”, “Aqrar sahədə dialoq: Aktual çağırışlar və müasir həllər” və “Rusiya-Azərbaycan müttəfiqliyinin humanitar dəyişikliyi” mövzusunda dəyirmi masalar keçiriləcək.
Forumun yekununda plenar iclas keçiriləcək. İclasda Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin iştirak edəcək.
Həmçinin, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə “Opora Rossii” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatı arasında anlaşma və əməkdaşlıq memorandumunun imzalanması gözlənilir.
Tədbirin təşkilatçıları Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyidir.