NASA “ARTEMİS” MİSSİYASINI AYA YOLA SALIB

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) “Artemis” proqramı çərçivəsində Aya ilk missiyasını yola salıb.

SLS raket daşıyıcısının uçuşu bu gün səhər saatlarında Florida ştatında başa tutub.

Qeyd olunur ki, daşıyıcı qısa müddət sonra “Orion” kapsulunu Ayın orbitinə doğru yola salacaq.

“Orion” Ayın orbitində 26 gün ərzində iki dövrə vurduqdan sonra geri qayıdacaq.

Xatırladaq ki, “Artemis” missiyasının avqustun sonunda göndərilməsi planlaşdırılsa da, yanacaq sızması ilə əlaqədar uçuş təxirə salınmışdı. Daha sonra sentyabr ayında qasırğa uçuşun baş tutmasına mane olmuşdu.

NASA “Artemis” proqramı çərçivəsində yaxın illər ərzində kosmonavtların Aya uçuşunu planlaşdırır.