PREZİDENT İLHAM ƏLİYEVİN ALBANİYAYA DÖVLƏT SƏFƏRİ BAŞA ÇATIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri noyabrın 15-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını rəsmi şəxslər yola salıblar.