TÜRKİYƏDƏ POLAD HƏŞİMOVUN ADINI DAŞIYAN PARKIN AÇILIŞI OLUB

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Facebook” səhifəsində paylaşım edib.

“İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzinin, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub”, – deyə paylaşımda qeyd olunub.