SÜLEYMAN SOYLU: ABŞ SƏFİRLİYİNİN BAŞSAĞLIĞINI QƏBUL ETMİRİK

ABŞ səfirliyinin başsağlığını qəbul etmirik.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasa idi, Yunanıstana qaçırılacaqdı.

‘Hadisədən sonra aparılan texniki dinləmədə terror təşkilatının təlimatı terrorçunun öldürülməsi istiqamətində olub. Terrorçunu “öldürmək” tapşırılan şəxs də saxlanılıb”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.