CEYHUN BAYRAMOV TDT SAMMİTİ ÖNCƏSİ BİR SIRA MÜHÜM SƏNƏDLƏR İMZALAYIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının sammiti öncəsi bir sıra mühüm sənədlər imzalayıb.

Bu barədə cümə günü Azərbaycan XİN-in “Twitter” paylaşımında deyilir.

“11 noyabr 2022-ci il tarixində Səmərqənddə (Özbəkistan) “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqi yolunda” mövzusuna həsr olunmuş Türk Dövlətlərinin Zirvə Toplantısı keçiriləcək.

Nazir Ceyhun Bayramov 2022-2026-cı illər üçün strategiya, qaydalar və prosedurlar da daxil olmaqla mühüm sənədlər imzalayıb”, – deyə paylaşımda bildirilir.