
Bu gün qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında yazılıb.
“Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmətlə anırıq”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə doğulub, 10 noyabr 1938-ci ildə İstanbulda vəfat edib.