ZƏFƏR GÜNÜ İLƏ ƏLAQƏDAR PERUNUN PAYTAXTI LİMA ŞƏHƏRİNİN MƏRKƏZİ KÜÇƏLƏRİNDƏ BİLBORDLAR YERLƏŞDİRİLİB

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində böyük ölçülü lövhələrdə Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan “Dəmir yumruq”, İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirə rəmzi olan Xarıbülbülün əks olunduğu və üzərində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözlərinin yazıldığı bilbordlar yerləşdirilib.

Zəfər Gününə həsr olunmuş təsvir bir neçə gün ərzində nümayiş olunacaq.