
Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi fikirlərə geniş yer veriblər.
Kavkasia.net, 24news.ge, aktual.ge və dalgatv.ge informasiya portallarında Prezident İlham Əliyevin Ermənistana verdiyi sülh mesajı, eyni zamanda, yenidən müharibəyə cəhd etsələr alacaqları tutarlı zərbələr barədə xəbərdarlığı və Ermənistanın havadarlarına cavabı barədə xəbərlər yayılıb.