MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏR HEYƏTİ İKİNCİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.