CEYHUN BAYRAMOV: AZƏRBAYCAN TƏRƏFİ SÜLHÜN TƏMİN OLUNMASI ÜÇÜN BİR SIRA MÜSBƏT ADDIMLAR ATIB

Azərbaycan tərəfi sülhün təmin olunması üçün bir sıra müsbət birtərəfli addımlar atıb. Bu fəaliyyətlər hərbi əməliyyatlar başa çatmamış başlayıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi 1700-dən çox erməni hərbçinin cəsədini qarşı tərəfə verib.

“Qarşı tərəf isə 30 il ərzində fərqli münasibət göstərirdi. Birinci Qarabağ müharibəsi dövründən 4 minə yaxın azərbaycanlının taleyi barədə bir xəbər verilməyib”, – deyə C.Bayramov bildirib.