AZƏRBAYCAN İLƏ SERBİYA ARASINDA SOSİAL TƏMİNAT BARƏDƏ SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” 2022-ci il aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanmış Saziş təsdiq edilib.