TELEKANALLARDA REKLAM BAZARININ İLLİK DÖVRİYYƏSİ AÇIQLANIB

Azərbaycan televiziya reklamı bazarının illik dövriyyəsi 7 ildir ki, 45 milyon manatı keçmir.

Bunu bu gün “Rəqəmsal və audiovizual yayım sənayesi” İctimai Birliyinin reklamçılar komitəsinin sədri Zaur İsmayılov Bakıda “Audiovizual mühitdə reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda deyib.

O qeyd edib ki, bazarın reytinq dəyəri 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır.

“Bazarın böyüməsi üçün ümumi reytinq dəyəri və orta reytinq qiyməti artmalıdır”,- deyə Z.İsmayılov bildirib.