ELNUR ƏLİYEV MƏDƏNİYYƏT NAZİRİNİN BİRİNCİ MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Prezident İlham Əliyev E.Ə.Əliyevin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.