BRİTANİYA SƏFİRİ: AZƏRBAYCAN İQLİM DƏYİŞİKLİKLƏRİ İLƏ MÜBARİZƏDƏ FANTASTİK İŞ GÖRÜR

Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə fantastik iş görür.

Bunu bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould “Azərbaycanda “yaşıl” transformasiya: Dayanıqlı inkişaf məqsədləri” adlı tədbir zamanı deyib.

“Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaqda liderlik nümayiş etdirib. Biz bu istiqamətdə Azərbaycanın uzunmüddətli strategiyasının möhkəmlənməsini təşviq edir və ölkənin həyata keçirdiyi fantastik işləri alqışlayırıq”, – deyə o bildirib.

F.Ouldun sözlərinə görə, iqlim dəyişiklikləri problemləri həll olunmadıqca DİM-ə nail olmaq mümkün olmayacaq.

“Biz DİM-ə nail olmaqda və “yaşıl” iqtisadiyyatın stimullaşdırılması üçün nəqliyyat, hidrogen və bir çox digər sahələrdə prioritet fəaliyyətlərdə Azərbaycanı dəstəkləməyə davam edəcəyik”, – səfir deyib.