TÜRKİYƏLİ SƏYYAH: QARABAĞI GƏZƏRKƏN ERMƏNİ VANDALİZMİNİN ŞAHİDİ OLDUQ

Qarabağ torpaqlarını gəzərkən erməni vandalizminin şahidi olduq.

Bunu Trend-ə açıqlamasında Cəbrayılda səfərdə olan Türkiyə Səyyahlar Klubunun üzvü Selahettin Eyüpoğlu deyib.

O qeyd edib ki, vandallıq törətmək, zərər vurmaq ermənilərin xislətində var.

“Təəssüflər olsun ki, qərb onlara dəstək olur, etdiklərinə göz yumur. Ermənilərin məqsədi zərər verməkdir. Ona görə bu ərazilərə minalar basdırıblar. Lakin bunu bacara bilməyəcəklər. Ermənilərin Türkiyə və Azərbaycanla əlaqərinin yaxşılaşdırılması onların xeyrinə olar. Bunu başa düşməlidirlər”, – deyə səyyah əlavə edib.

Qeyd edək ki, Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edib. Türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra bu gün Zəngilana səfər ediblər. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, “NomadMania”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.