FİLİPPİNDƏ QASIRĞA NƏTİCƏSİNDƏ 31 NƏFƏR HƏLAK OLUB

Filippinin Mindanao adasında “Nalci” qasırğasının yol açdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 31 nəfər həlak olub.

Bölgədə şiddətli yağıntılar ötən gün axşam saatlarından etibarən başlayıb.

Mindanao adasının şimalında 40-a yaxın yol və 3 körpüyə ciddi ziyan dəyib.

“Nalci” qasırğası ilə əlaqədar 5 minə yaxın sakin təxliyə olunub. Qasırğanın həftəsonu pik həddə çatacağı proqnozlaşdırılıb.