Daxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçilərinin və jurnalistlərə müraciət edib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamağa çağırıb.
“Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir.
Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.
Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatların mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur”, – DİN rəsmisi bildirib.