İSA HƏBİBBƏYLİ AMEA-NIN PREZİDENTİ SEÇİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçki başa çatıb.

AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb və səsvermə keçirilib.

AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibəylinin namizədliyi təsdiqlənib. Qeyd edək ki, İ.Həbibəyli bu vəzifəyə tək namizəd olub.