Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında dünya çempionu olmuş gənc şahmatçılarımızı təbrik edib.
Paylaşımda deyilir:
“Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!”.