RUSİYA BAŞ NAZİRİNİN MÜAVİNİ ZƏNGƏZUR DƏHLİZİNİN VACİBLİYİ HAQQINDA

Bu gün məhz Cənubi Qafqazda Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yolayrıcı formalaşır.

Rusiya KİV-lərinin məlumatına görə, bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bunun baş verəcəyi təqdirdə Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatları coğrafi mövqelərinin verdiyi üstünlüklə əlaqədar əlavə gəlirlər əldə edəcək. Bu baxımdan, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı əlaqələndirəcək nəqliyyat yolunun açılması mühüm rol oynayacaq”, – deyə o bildirib.

A.Overçuk qeyd edib ki, Azərbaycan və İran sərhəddə körpülərin tikintisinə başlayıb, bu körpülər iki ölkənin avtomobil yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa və rahat hərəkəti təmin etməyə imkan verəcək.