MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN BÖLMƏLƏRİNİN QARŞI TƏRƏFİN MÖVQELƏRİ İSTİQAMƏTİNDƏ ATƏŞ AÇMASI BARƏDƏ MƏLUMAT YALANDIR

Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirlikdən bildirilib.