BAKIDA BEYNƏLXALQ SƏRGİLƏRİN İKİNCİ GÜNÜ BAŞLAYIB

Bu gün Bakıda Expo Mərkəzində beynəlxalq sərgilərin ikinci günü başlayıb.

2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri davam edir.

Qeyd edək ki, sərgilərdə dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edir. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonlarla təmsil olunur.

Sərgilər oktyabrın 21-dək davam edəcək.