Ermənilər işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsini çətinləşdirmək üçün bir çox əngəllər törədiblər.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ərazilərdə minatəmizləmə aparan zaman metal qırıntıları minatəmizləmə işlərinə çətinlik yaradır.
“Ermənilər bilərəkdən minaladıqları ərazilərə çoxlu ölçüdə metal qırıntıları, mismar qalıqları səpiblər. Bütün bunlar mina detektorlarının minatəmizləmə işini ləngidir”, – deyə o bildirib.