RƏCƏB TAYYİB ƏRDOĞAN MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ İLƏ BAĞLI AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı bu gün rəsmi tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”.