BMT MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

Birləşmiş Millətlər Təşkilatı (BMT) Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə təşkilatın “Facebook” hesabında bu gün paylaşım edilib.

“Birləşmiş Millətlər Təşkilatı Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edir!

Əbədi müstəqillik, əmin-amanlıq və dayanıqlı inkişaf arzulayırıq!”, – məlumatda deyilir.

Qeyd edək ki, 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.