Ermənistanla münasibətlərin normallaşması prosesində müsbət irəliləyiş var.
Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün “A Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımların atılacağına inanır.
“Erməni diasporu bu prosesə dəstək olmalıdır. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq”, – deyə İ.Kalın bildirib.