XİN: ERMƏNİSTAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI ÖHDƏLİKLƏRİNDƏN YAYINMAQ ÜÇÜN SAXTA BƏHANƏLƏRƏ SON QOYMALIDIR

Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.

Bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında qeyd edilib.

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”, – deyə bildirilib.