Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək.
Bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi “Twitter” hesabında qeyd edib.
“Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında iştirak etməkdən məmnunam. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya böyük qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycan təsisçi üzv kimi Türk Dövlətləri Təşkilatını dəstəkləyəcək və daha da gücləndirəcək!”, – deyə nazir əlavə edib.