NAZİRLİK 10-CU SİNİFLƏRƏ MÜRACİƏT EDİB

Elm və Təhsil Nazirliyi X sinif şagirdlərinə müraciət edib.

Nazirlikdən bildirilib ki, müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər oktyabrın 17-dən 31-dək ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qəbul şagird yerdəyişməsi elektron sistemi vasitəsilə aparılacaq.

Qeyd edək ki, oktyabrın 17-si saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.