“SOCAR Energy Ukraine” şirkəti Azərbaycan yanacağını ilk dəfə Bolqarıstan ərazisindən keçməklə Ukraynaya nəql edib.
Bunu cümə günü Ukraynanın “Teleqraf” nəşrinə müsahibədə SOCAR-ın Ukraynadakı pərakəndə biznes bölməsinin direktoru İqor Orlov deyib.
“Avropadan zəruri yanacaq həcmlərinin olmaması bizi alternativlər axtarmağa vadar etdi. Bu il biz ilk dəfə Azərbaycandan yanacağı Bolqarıstan ərazisindən keçməklə Ukraynaya gətirdik, bundan başqa, İtaliyadan da tədarük olub”, – deyə o bildirib.
Daha əvvəl “SOCAR Energy Ukraine” şirkətindən bildirmişdilər ki, şirkət yüksək keyfiyyətli Avropa yanacağının tədarükünü davam etdirir.