MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN BÖLMƏLƏRİ TƏRƏFİNDƏN GUYA ATƏŞ AÇILMASI İLƏ BAĞLI MƏLUMAT HƏQİQƏTİ ƏKS ETDİRMİR

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub..