SƏFİR FERQUS OLD GƏNCƏDƏ TÖRƏDİLƏN TERROR AKTI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviter hesabında Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Dünən Prezident İlham Əliyevə dediyim kimi, iki il əvvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə başsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm”.