Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş hərbi qulluqçularımızın nəşləri ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq.
Bunu Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır: “Niyə beynəlxalq təşkilatlar bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”, – deyə N.Əvəzov əlavə edib.