OMBUDSMANA ŞİKAYƏTİ ARAŞDIRAN ZAMAN VİDEO ÇƏKİLİŞ APARMAQ HÜQUQU VERİLİR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) şikayəti araşdıran zaman video çəkiliş aparmaq hüququ verilir.

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb.

Müvəkkil bu zaman texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq hüququna malik olacaq.

Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə biləcək. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.