PREZİDENT İLHAM ƏLİYEV: AZƏRBAYCAN BRÜSSEL FORMATINI DƏSTƏKLƏYİR

Azərbaycan Brüssel formatını dəstəkləyir.

Bunu Prezident İlham Əliyev Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdə bildirib.

Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib.

Şarl Mişel bununla bağlı dövlətimizin başçısına minnətdarlığını bildirib.