“SPACEX” ŞİRKƏTİ YENİ “STARLİNK” İNTERNET PEYKLƏRİ QRUPUNU ORBİTƏ ÇIXARIB

“Falcon 9” raket-daşıyıcısı “Starlink” sisteminin qlobal İnternet əhatə dairəsi şəbəkəsinin orbital qruplaşmasının artırmaq üçün 52 mini peykdən ibarət daha bir partiyanı orbitə buraxıb.

Bu barədə “SpaceX” şirkətindən məlumat verilib.

Buraxılış ABŞ Sakıt okean sahili vaxtı ilə çərşənbə günü saat 16:10-da Kaliforniyadakı “Vandenberq” Kosmik Qüvvələri bazasından baş tutub.

Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən bir qrup İnternet peykinin orbitə buraxılmasının sayca 64-cü olub.