AZƏRBAYCANIN SƏHİYYƏ NAZİRLİYİ RUSİYA İSTEHSALI OLAN “SPUTNİK V” PEYVƏNDİNİ İSTİFADƏ ÜÇÜN TƏSDİQ EDİB

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.
Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.