Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyanı Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.
“Milli Günü münasibətilə Almaniya Federativ Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Gününüz mübarək, Almaniya!”, – deyə paylaşımda qeyd olunub.

