VLADİMİR PUTİN UKRAYNANI DANIŞIQLAR MASASI ARXASINA ÇAĞIRIB

Rusiya Ukrayna ilə danışıqlara hazırdır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən mərasimdə bildirib.

Rusiya Prezidenti deyib ki, Moskva Kiyevi döyüş əməliyyatlarına dərhal son qoymağa və danışıqlar masası arxasına qayıtmağa çağırır. Eyni zamanda, V.Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə keçirilən referendumların nəticələrinin müzakirə edilməyəcəyini vurğulayıb.